Daha bir QHT sədri Azay Quliyevə dəstək verdi

“Beynəlxalq təşkilatlar Ukrayna hadisələrində Rusiyaya qarşı tutduğu siyasi mövqeyi bu gün Ermənistana qarşı da tutmalıdır və Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir. İki gün ərzində Ermənistanın silahlı birləşmələri, Ordusunun hücumu nəticəsində Azərbaycan 13 əsgərini şəhid verib. Günhasız yerə Azərbaycan vətəndaşları qətlə yetirilib. Təəssüf ki, beynəlxalq təşkilatlardan açıq mətnlə qeyd olunan bəyanat eşitmirik.
Bu münaqışənin həllində iştirak edən ATƏT Minsk Qrupu qəti mövqe ortaya qoymalı, Ermənistanın tərəfini tutmamalı və üzərinə düşən vəzifəni layinqincə yerinə yetirməlidir. Bunu kiçik insident deyil, Azərbaycana qarşı irimiqyaslı əməliyyatın həyata keçirilməsidir.
Biz QHT olaraq, beynəlxalq təşkilatları, xaricdə fəaliyyət göstərən həmkarlarımızı Ermənistanın son günlərdə həyata keçirdiyi məqsədli və davamlı hücumlarını, atəşkəs rejimini kobud pozması faktını pisləməyə, Azərbaycanın günahsız vətəndaşlarının qətlə yetirilməsi, girov götürülməsi, təxribat-diversiya hərəkətlərinə son qoymağa, qəti şəkildə pisləyən bəyanat verməyə çağırırırq. Ermənistanın son hərəkətləri sülhə, beynəlxalq təhlükəsizliyə hədədir. İşğalçı ordu, işğalçşı dövlət cəza almayınca, iştahası daha da artır! Biz bunu ukrayna hadisələrində də şahid olduq. Səsimizə səs verin” – deyə bəyanatda bildirilir.
Teqlər: