Xaricdə oxumaq istəyənlərə XƏBƏRDARLIQ

Xaricdə oxumaq istəyənlərə XƏBƏRDARLIQ
  04 Avqust 2014    Oxunub:1787
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyən tələbələrə müraciət edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, elektron ərizə 08.08.2014-cü il 23:59-da bağlanacaq.

Ərizənin doldurulması üçün qeydiyyatdan keçən, lakin ərizəsini tamamlayaraq təsdiqləməmiş ərizəçilərin müraciətləri qəbul edilməyəcək.

Sənədlərinizi tam və düzgün şəkildə yüklədikdən sonra bundan əmin olduğunuz təqdirdə, “təsdiqlə” düyməsini sıxmağınız xahiş edilir.

Natamam şəkildə doldurulan və tələb olunan sənədləri düzgün şəkildə təqdim etməyən ərizəçilərin müraciətləri qəbul olunmayacaq.


Teqlər:





Xəbər lenti