Müdafiə naziri xalqa təşəkkür etdi

AzVision.az-a bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşlarımızın bu cür çağırışları şəxsi heyət üçün mənəvi dayaq, orduda gələcəkdə xidmət edəcək gənclər üçün əvəzolunmaz nümunə və Vətən üçün böyük bir şərəfdir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin şəxsi heyəti vətənpərvərlik çağırışları ilə zəngin bu müraciətlərin şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin və mənəvi-psixoloji hazırlığının artırılmasına müsbət təsir göstərdiyini bildirir və bu təşəbbüsü minnətdarlıqla qarşılayır.