Ərdoğan cəbhədəki olaylara görə İlham Əliyevlə görüşəcək

Onun sözlərinə görə, artıq məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Elmar Məmmədyarovla müzakirələr aparıb.
"Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın da Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Hazırda hadisələrin gedişini çox diqqətlə izləyirik. Daimi sülhün bərpası üçün ciddi addımlar atılmasının vacibliyini düşünürük. Türkiyə olaraq bunu yalnız sözdə deyil, aktiv şəkildə gerçəkləşdirmək üçün Azərbaycanla həmrəy çalışmağa davam edəcəyik". (apa)
Diplomat Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, münaqişənin dərhal həll edilməsinin vacibliyini qeyd edib.