Zaqatalada güclü yanğın

Yanğın yerli sakinlərə məxsus 12 hektar fındıq bağında, habelə fındıq bağına bitişik 20 hektar quru ot sahəsində qeydə alınıb.
Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində fındıq bağının 1 hektar ərazisi və quru ot sahəsinin 2 hektar ərazisində quru ot və 0,5 ərazisində kol-kos yanıb.
Yanğınsöndürənlərin səyi nəticəsində fındıq bağının və quru ot sahəsinin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
Teqlər: