İstidən qorunmağın 22 yolu

İstidən qorunmağın 22 yolu
  02 Avqust 2014    Oxunub:3681
Statistikaya görə, Azərbaycanda yay fəslində ən isti hava avqust ayında müşahidə olunur.
AzVision.az sizə istidən qorunmağın 22 praktik yolunu sizə təqdim edir:

Küçədə

1. Saat 13:00 – 18:00 radələrində günəşdən uzaq durun. Məhz bu vaxt günəş şüaları şaquli istiqamətdə düşür ki, bu da həmin zaman küçədə olan insanlarda gün vurması ilə nəticələnə bilər.

2. Yaxşı kondinsionerlərin olduğu ictimai yerlər siyahsını hazırlayın və ehtiyac olduğu təqdirdə bu məkanlara gedin.

3. Küçədə fiziki aktivliyi azaldın. Əgər siz qaçışla məşğul olmağı sevirsinizsə,bu idmanla fitnes klubda məşğul olun.

Evdə



4. Əgər evdə kondinsioner yoxdursa, onda mələfəni soyuq su ilə isladın və onu eyvanın qapısından asın. Otağa girən hava soyuq və rütubətli olacaq ki, bu da nəfəs almağı asanlaşdıracaq.

5. Məlfəni paketin içinə yerləşdirib, daha sonra soyuducunun içərisinə beş dəqiqə qoyun. Daha sonra isə onu yatağa sərin və yatın. Sərin olacaq.

6. Unutmayın ki, sizin ev heyvanınızda istidən əziyyət çəkir: Müntəzəm olaraq onların yemək qablarına buz parçaları qoyun.

7. Hindistanda istidən əziyyət çəkən ingilislərin istifadə etdiyi qədim metod: suyu qaba tökərək soyuducuya yerləşdirin. Maye buza çevrildikdən sonra buz parçasını ventilyatorun qarşısına qoyun. Qısa müddətlik olsa da bu sizi sərinlədəcək.

8. Yatdığınız zaman özünüzlə içərisində soyuq su olan qrelka götürün və onu dizlərinizin arasına qoyun.

9. Evdə olan dərman vasitələrinin hansı temeraturda saxlanmalı olduğunu yoxlayın. Onlardan bir çoxu yüksək temperaturda xarab olur, onları soyuducu da yerləşdirmək lazımdır.

Yeməklər və İçkilər



10. Spirtli içki içməyin.

11. Mayedən çox istifadə edin.

12. Əgər siz dondurmadan az istifadə etmək istəyirsinizsə, onda digər dondurulmuş məhsullardan istifadə edin. Məsələn bananı hissələr bölərək çubuğa taxaraq soyuducuya yerləşdirin. Əla dondurma alınacaq.

13. Əgər dişlərinizdə hər hansı bir problem yoxdursa, stəkanı buzla doldurun və üzərinə yeni sıxılmış portağal soku əlavə edin. Daha sonra qaşıqla yeyin.

14. Zülallı qida və şəkər qəbulunu azaldın.

15. Malaylar inanırlar ki, acısı çox olan qida kömək edir. Qida nə qədər çox acılıdırsa, bir o qədər çox tərləyir, yəni sərinləyirsən.

Geyim



16. Dəriyə yapışan və süni parçalardan hazırlanan geyimlərdən istifadə etməyin.

17. Gün eynəkləri sizi istidən xilas etməyəcək, ancaq sizin həssas gözlərinizi qoruyacaq.

Bədən



18. Kosmetikadan istifadə etməyi dayandırın. Yox əgər bunu edə bilmirsinizsə, onun miqdarını azaldın. İsti havalarda bakteriyalar tez yayılır. Üzünüzü təmiz saxlayın.

19. Gündə bir neçə dəfə yuyunun. Soyuq duş qəbul edin.

20. Bunu müntəzəm etməyən kişilər sinə və kürəyi tüklərdən
təmizləmək məsləhət görülür.

21. Daha tez sərinləmək üçün içərisi buz parçası və ya sərin su qabını dirsəyə və ya boyun nahiyəsinə qoyun. Bu yerlərdə venalar dəriyə daha yaxın olur, qan sərinləyir və bu sərinlik bütün bədənə yayılır.

22. Əgər siz isti havada bayıra çıxmısınızsa hər 15 dəqiqədən bir maye qəbul edin.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti