Azərbaycanlı iş adamı çayda boğulub öldü

Azərbaycanlı iş adamı çayda boğulub öldü
  28 İyul 2014    Oxunub:1376
Ötən gün Astraxanda azərbaycanlı iş adamı Şərifov Rəhman çayda boğularaq vəfat edib.
AzVision.az xəbər verir ki, mərhumun yaxını Samir Əlizadənin Anspress-ə verdiyi məlumata görə, mərhum Qalaktika Gəmiqayırma zavodunun rəhbəri olub.

Ş.Rəhman 20 ildən artıqdır ki, Azərbaycan, Qazaxstan və Rusiyada Gəmiqayırmada zavodunda mühəndis vəzifəsində çalışıb.

1994-cü ildən etibarən isə bir neçə şəxsi biznesini qurub.

Qeyd edək ki, Şərifov Rəhman 1960-cı il mart ayının 8-i Yevlaxda anadan olub. 1982-ci ildə Odessada Gəmiçilik universitetini bitirib. Ailəli olub


Teqlər:





Xəbər lenti