Zelenski Ər-Riyada gedir

   Zelenski Ər-Riyada gedir
  10 Mart 2025    Oxunub:792
Ukrayna Prezidenti Volodimir Zelenski şahzadə Məhəmməd bin Salmanla görüşmək üçün bu gün Səudiyyə Ərəbistanına yollanacaq.
"Reuters" xəbər agentliyinin məlumatına görə, Zelenskinin səfəri Ukrayna və ABŞ nümayəndələrinin müharibənin həlli üzrə gözlənilən danışıqları fonunda baş verir. Belə ki, Kiyevə qarşı mövqeyini dəyişən ABŞ-nin hərbi yardımı dayandırması və Moskva ilə dialoq qurması, habelə Ər-Riyadın da Rusiyaya müttəfiq mövqeyi baxımından bu, əhəmiyyətli hadisədir.

Ukrayna və ABŞ nümayəndələri arasında danışıqlar isə sabah baş tutacaq. Tərəflər müharibənin həlli ilə yanaşı faydalı qazıntılar haqqında sazişin aqibəti haqqında da müzakirələr aparacaqlar. Bu görüşn Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında Oval Ofisdə meydana gəlmiş qalmaqalın ardınca iki ölkə arasında ilk dialoqdur. Zelenski həmin danışıqlara şəxsən qoşulmayacağını diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   ABŞ   Səudiyyə-Ərəbistanı   danışıqlar  





Xəbər lenti