Mask super milyarderlər reytinqinə başçılıq edir: 420 milyardı var

 Mask super milyarderlər reytinqinə başçılıq edir:    420 milyardı var
  26 Fevral 2025    Oxunub:393
Amerikalı iş adamı, "SpaceX", "Tesla" şirkətləri və "X" sosial şəbəkəsinin rəhbəri İlon Mask "Altrata" analitik şirkətinin tərtib etdiyi super milyarderlər reytinqində birinci yerdə qərarlaşıb.
"The Wall Street Journal"ın yaydığı məlumata görə, dünyada ultra varlı insanlar kateqoriyasına düşən zənginlər var ki, onlara artıq super milyarderlər deyirlər. Bu kateqoriyadan olan milyarderlər əsasən son onilliklərdə meydana çıxıblar və onların hər birinin sərvəti ən azı 50 milyard dollardır.

Mask daha bir şirkəti ələ keçirmək istəyir
Super milyarderlərin arasında lider olan isə Maskdır. Onun sərvəti 419,4 milyard dollar dəyərində qiymətləndirilir. İkinci yerdə "Amazon"un rəhbəri Cef Bezos qərarlaşıb. Onun 263,8 milyard varidatı var. İlk üçlüyü LVMH-nin sahibi Bernard Arno tamamlayır. Onun sərvəti 238,9 milyard dollardır.

Bundan başqa, 4-cü pillədə "Oracle"ni idarə edən və 237 milyardı olan Lorens Ellison dayanıb. Beşinci "Meta"nın sahibi Mark Zukerberqdir. Markın 220,8 milyar dolları var.

24 super milyarderin ümumi sərvəti isə təxminən 3,3 trilyon dollardır ki, bu da Fransanın nominal ÜDM-i ilə müqayisə olunur. Maraqlıdır ki, 19-cu və 20-ci əsrin əvvəllərində ən varlı insanlar sənayeçilər sayılırdılar. Halbuki indiki super-milyarderlərin əksəriyyəti sərvətlərini texnologiya sektorunda qazanırlar.

1987-ci ildə "Forbes" jurnalı milyarderlərin reytinqini ilk dəfə dərc edəndə dünyanın ən zəngin adamı 20 milyard dollarlıq sərvəti olan yapon maqnatı Yoşiaki Tsutsumi idi. Bugünki lider İlon Maskın sərvəti isə 419,4 milyard dollardır ki, bu da Tsutsuminin tutduğu "zirvədən" 21 dəfə yüksək sayılır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Milyarder   Mask  





Xəbər lenti