Nazir: "20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb"

    Nazir:  "20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb"
  22 Fevral 2025    Oxunub:465
Son iki onillikdə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb, 700-dən çox səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb. Həmin müəssisələrin 70 faizdən çoxu regionların payına düşür.
AzVision.az bildirir ki, Səhiyyə naziri Teymur Musayev Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş Azərbaycan Endouroloji Cəmiyyətinin II konqresinin rəsmi açılış mərasimindəki çıxışında belə açıqalama verib.

“Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva vətəndaşların sağlamlığına həssaslıqla yanaşır, müxtəlif sosial təşəbbüslərlə çıxış etməklə yanaşı, həm də onlara dəstək verir. Səhiyyənin yeni maliyyələşmə mexanizmi olan icbari tibbi sığorta 2021-ci il aprelin 1-dən bütün respublika ərazisində tətbiq olunur. Xidmətlər zərfi çərçivəsində 3315 sayda tibbi xidmət göstərilir. Bu xidmətlər siyahısında müasir uroloji əməliyyatlar da yer alır”, - Teymur Musayev vurğulayıb.

AzVision.az


Teqlər: səhiyyə   vəsait   artım  





Xəbər lenti