Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
![Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq](https://azvision.az/photos/2025/02/1395242366364-1739205256.jpg)
"Ukrayna və Avropa İnvestisiya Bankı energetika və kritik infrastrukturun bərpasının maliyyələşdirilməsini nəzərdə tutan sazişlər imzalayıb", - o yazıb.
Baş nazir qeyd edib ki, AİB kritik infrastrukturun bərpası və enerji səmərəliliyinin tətbiqi üçün 16,5 milyon avro ayırır. Daha 100 milyon avro su və istilik təchizatı obyektlərinin bərpasına, təhsil, səhiyyə və mənzil sektorunda əsas sosial xidmətlərin modernləşdirilməsinə yönəldiləcək.
Ukrayna Nazirlər Kabinetinin məlumatına görə, AİB-in Ukraynadakı portfeli 4,95 milyard avro məbləğində 25 layihədən ibarətdir. 2022-ci ilin fevralından bəri 2 milyard avrodan çox vəsait ayrılıb.
AzVision.az
Teqlər: