Ottava Vaşinqtona xəbərdarlıq edib

   Ottava Vaşinqtona xəbərdarlıq edib
  31 Yanvar 2025    Oxunub:313
Ağ Ev Kanada neftinə 25 faiz rüsum tətbiq etsə, ABŞ Venesueladan neft almağa məcbur olacaq.
AzVision.az xəbər verir ki, Kanadanın Xarici İşlər naziri Melani Joli “Fnancial Times (FT)” nəşrinə müsahibəsində belə deyib.

“Biz nefti endirimlə tədarük edirik və o, sonda Texasda təmizlənir. Biz bunu etməsək, Venesuela edəсək. Başqa variant yoxdur, ABŞ-nin bu administrasiyası isə Venesuela ilə işləmək istəmir”, - xanım Joli vurğualyıb.

Onun fikrincə, Kanada idxalına 25 faizlik tariflərin tətbiqi adi insanlara zərbə vuracaq, çünki Kanada ilə ABŞ arasındakı münasibətlər “ticarət müharibəsinə” çevrilə bilər. Melani Joli, həmçinin Donald Trampın Kanadanın ABŞ-yə birləşdirilməsi ideyasını da tənqid edib: “Biz həqiqətən yaxşı dost ola bilərik, lakin biz heç vaxt ştatlardan birinə və ya müstəmləkəyə çevrilməyəcəyik və nöqtə”.

Kanada ABŞ-la ticarət “savaşı”na hazırlaşır
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Kanada neftinə tariflərin artırılması ilə bağlı hələ qərar vermədiyini bildirsə də, Kanada və Meksikadan idxal edilən mallara rüsumların 25%-ə qaldırılmasının şənbə günü qüvvəyə minəcəyini təsdiqləyib. Tramp bildirib ki, onun qərarı Kanada və Meksikanın ABŞ-yə satdıqları neftə qoyduqları qiymətlərin ədalətli olub-olmamasına əsaslanacaq.

“FT” qəzeti, öz növbəsində, bildirir ki, ABŞ-nin neft emalı zavodlarının çoxu ölkənin özündə istehsal olunan daha yüngül növlərdən yox, Kanadada hasil edilən ağır neftdən “asılıdır”. Ağır neft isə Venesuelada da istehsal olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kanada   ABŞ   xəbərdarlıq  





Xəbər lenti