Mikayıl Cabbarovdan media əhlinə TƏBRİK

Mikayıl Cabbarovdan media əhlinə TƏBRİK
  22 İyul 2014    Oxunub:725
Təhsil naziri Mikayıl Cabbarov 22 iyul - Milli mətbuat günü münasibətilə jurnalistləri təbrik edib.
AzVision.az həmin təbrik məktubunu təqdim edir:

Əziz media nümayəndələri!

Milli mətbuatımızın yaranma günü təkcə peşə bayramı deyil, həm də söz, milli düşüncə və mədəniyyət hadisəsidir. Əgər biz 139 il əvvələ boylansaq görərik ki, yeni yaranan “Əkinçi”, “Kəşkül”, “Kaspi” qəzetlərinin, ”Molla Nəsrəddin”, ”Füyuzat” və digər o dövrdə nəşr olunan mətbuat orqanlarında əsas məzmun və mahiyyət milli intibah, maarif işığı, mədəniyyət təməli və tərəqqi ünvanıdır. Bu da mətbuatın təsir gücünün və yeni ideallar uğrunda apardığı mübarizənin ayrı-ayrı xəttləri idi. Maraqlısı odur ki, Azərbaycanda milli mətbuatın əsasını qoyan insanlar həm də müəllimlər olublar. Ona görə də o dövrün mətbuatı əsas hədəfə- milli dövlətçiliyin yaranması amalına nail ola bildi.

Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil və onlarca digər azərbaycanlı müəllim, milli mətbuatımızın əsasını qoyan insanlar kimi, həm də maarif işiğını bu yolla yayırdılar. Bu dövrdə yaranan bir çox mətbuat nümunələrinin adları da çox zaman maarif sözü ilə birgə çəkilirdi.

Hörmətli dostlar!

Azərbaycanın yeni cəmiyyət quruculuğu, milli təhsilimizin inkişaf tendensiyaları həm də mətbuatımızın güzgüsündə əks olunur. Biz hər zaman bu güzgünün şəffaf olmasını arzulamışıq.

Gördüyümüz hər bir işin iştirakçısı həm də media olub. Biz təhsilimizin yeni hədəflərinə doğru media ilə birlikdə addımlayırıq. Bu da bizim üçün çox əhəmiyyətlidir. Yeni yanaşma və addımlarımızın keyfiyyətcə hansı mərhələyə qədəm qoyması həm də medianın üzərinə ciddi öhdəliklər qoyur. Bu əməkdaşlıqdan məmnunam və media nümayəndələrinin peşə bayramını təbrik edirəm!


Teqlər:





Xəbər lenti