Rəsmi açıqlama: 4 nəfər ölüb

Rəsmi açıqlama: 4 nəfər ölüb
  22 İyul 2014    Oxunub:927
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonu, Bakı-Qazax yolunun 40-cı kilometrliyində “Kamaz” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilində şəxsiyyətləri məlum olmayan ikisi qadın, ikisi kişi olmaqla 4 nəfərin cəsədi sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Sonda ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əməliyyat saat 18:25-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti