FSB müdafiə müəssisəsi rəhbərinə qarşı terrorun qarşısını alıb - VİDEO

FSB müdafiə müəssisəsi rəhbərinə qarşı terrorun qarşısını alıb    - VİDEO
  25 Dekabr 2024    Oxunub:403
Rusiyanın Moskva vilayətində müdafiə müəssisəsi rəhbərlərlərindən birinə qarşı terror aktı planlaşdırılıb.
Bu barədə yerli media məlumat yayıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) mətbuata terrorçuların etiraflarını əks etdirən videonu da təqdim ediblər.

FSB-nin saxladığı cinayətkarların sözlərinə görə, onlar konkret şəxslərdən deyil, tanımadıqları adamlardan messencer vasitəsilə cinayət törətmək barədə göstəriş alıblar.

"Terrorçular qeyd ediblər ki, partlatmaq istədikləri şəxs müdafiə sənayesinin top-meneceri olub. Onun maşınının olduğu dayanacağa qədər gəliblərmiş. Təqsirləndirilən şəxslərdən biri avtomobilə nəzarət olunduğunu görüb. Əl üsulu ilə hazırlanmış partlayıcı qurğu isə istifadə olunmayan bir qarajda gizlədilib", - nəşr yazıb.

Digər cani isə terror aktı hazırladığı üçün ona yarım milyon rubl vəd edildiyini, lakin o pulu almadığını deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti