3 otaqlı ev külə döndü

3 otaqlı ev külə döndü
  21 İyul 2014    Oxunub:879
Bu gün Yevlax rayonunda güclü yanğın olub.
AzVision.az xəbər verir ki, Qaraoğlan kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları tamamilə yanıb. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.

Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.


Teqlər:





Xəbər lenti