3 otaqlı ev yandı

3 otaqlı ev yandı
  20 İyul 2014    Oxunub:842
Bakıda yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evdə baş verib.

Nəticədə, evin tavanı 80 kv.m, mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 kv.m sahədə, 1 otağın pəncərə çərçivəsi və evə bitişik yığılmış 14 ton ot bağlamasının 3 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.


Teqlər:  





Xəbər lenti