Evdən çölə çıxa bilməyən qadın xilas olundu

Evdən çölə çıxa bilməyən qadın xilas olundu
  20 İyul 2014    Oxunub:835
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1958-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.
AzVision.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs yaşayış binasının blokunun giriş hissəsi məişət və tikinti materiallarının tullantıları ilə bağlandığından çıxmaq iqtidarında olmayıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə qadına müvafiq köməklik göstəriblər.


Teqlər:





Xəbər lenti