Rusiyada qəzaya düşən azərbaycanlı öldü

F. Yarıyevin sözlərinə görə, U. Qurbanova çoxlu qan itirdiyindən bu gün xəstəxanada dünyasını dəyişib. Digər yaralıların vəziyyəti stabildir.
Qeyd edək ki, hadisə Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında, Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda baş verib. Qəza nəticəsində Azərbaycan vətəndaşları Əliquliyev Sərəddin Amir oğlu, Rüstəmli Əsədulla Bəhlul oğlu, İbadlı Xamir Ehtiram oğlu və Abışov Rəis Baloğlan oğlu xəsarət alıblar.