Kansler: "Suriyaya qayıtmaq istəyənlərə kömək göstəriləcək"

      Kansler:    "Suriyaya qayıtmaq istəyənlərə kömək göstəriləcək"
  10 Dekabr 2024    Oxunub:1017
"Avstriyada Suriya vətəndaşları üçün sığınacaq prosedurları dayandırılacaq".
Bu barədə Avstriyanın Kansleri Karl Nehammer "X" hesabında yazıb. O vurğulayıb ki, Bəşər Əsəd rejiminin süqutu Suriyada ümumi vəziyyəti dəyişir.

"Suriyanın indi öz vətəndaşlarına ehtiyacı var. Vətəninə qayıtmaq istəyən hər kəsə lazımi dəstəyi göstərməyə hazırıq", - kansler bildirib.
Fidan: "Yeni dövr başlayır"

Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti devrilib. Nəticədə 2011-ci ildə Suriyada müharibə başlayandan bəri müxtəlif ölkələrə, xüsusən də Türkiyəyə məcburən köçmüş vətəndaşlar öz yurd-yuvasına qayıdırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Avstriya   Suriya   vətəndaş   qayıdış  





Xəbər lenti