Hakan Fidan: İŞİD və PKK-nın Suriyadakı vəziyyətdən faydalanmasına izn verməməliyik

   Hakan Fidan: İŞİD və PKK-nın Suriyadakı vəziyyətdən faydalanmasına izn verməməliyik
  08 Dekabr 2024    Oxunub:1445
Türkiyə Suriyanın milli birliyinə, suverenliyinə və ərazi bütövlüyünə böyük önəm verir. İŞİD və PKK-nın bu prosesdən məkrli məqsədlərini həyata keçirmək üçün istifadə etməməsi üçün çox diqqətlə hərəkət edirik. Amerikalı dostlarımızla təmasdayıq.
AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuata açıqlamasında bildirib.

Suriya xalqının öz ölkələrinin gələcəyini yenidən formalaşdıracağını bildirən Fidan deyib: “Ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geriyə qayıda bilər. Bölgədəki və bölgə xaricindəki bütün aktorların sakit şəkildə hərəkət etmələri tövsiyə olunur. Suriyanın ərazi bütövlüyü qorunmalıdır. İŞİD və PKK kimi terror təşkilatlarının bu prosesdən faydalanmaması üçün mübarizə aparmalıyıq. Suriyada yeni hökumət bütün tərəflərə uyğun şəkildə hərəkət etməlidir. Biz Suriyada sülhün təmin olunması üçün əlimizdən gələni edəcəyik. Regiondakı aktorlarla əməkdaşlığımızı davam etdirəcəyik”.

Bəşər Əsədin harada olması ilə bağlı hansısa şərh verə bilmədiyini, lakin ehtimal olunana görə Suriya xaricində olduğunu deyən nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir neçə ayda Əsədlə əlaqə qurmağa çalışdığını, lakin bu cəhdlərin nəticəsiz qaldığını qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti