Yenə metro, yenə problem...

Yenə metro, yenə problem...
  19 İyul 2014    Oxunub:739
Bu gün səhər saatlarında Bakı metrosunun işində problem yaranıb.
Sərnişinlərin AzVision.az-a verdiyi məlumata görə, metronun “Ulduz” stansiyasından “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkətdə olan qatar tuneldə qalıb. 15, 20 dəqiqəyə yaxın tuneldə qalan sərnişinlər sıxlıq və havasızlıqdan əziyyət çəkiblər.

Qatarın tuneldə qalması ilə bağlı “Bakı Metropoliteni” QSC-dən hələlik açıqlama verilməsə də sərnişinlərin sözlərinə görə, problem qatarlararası hərəkət intervalının pozulmasından yaranıb.



AzVision.az





Teqlər:  





Xəbər lenti