ABŞ-nin Qazaxıstandakı səfiri istefa verəcək

ABŞ-nin Qazaxıstandakı səfiri istefa verəcək
  06 Dekabr 2024    Oxunub:1538
ABŞ-nin Astanadakı səfiri Daniel Rozenblüm Qazaxıstan hökumətinə bildirib ki, 2025-ci il yanvarın 20-də ABŞ Dövlət Departamentində 28 illik uğurlu karyerasını başa vuraraq vəzifəsindən istefa verəcək.
Diplomat 2022-ci ilin noyabrından missiyanın rəhbəri vəzifəsini icra edir. D.Rozenblüm Vaşinqtonun güclü və inkişaf edən tərəfdaşlıq əlaqələri qurduğu Qazaxıstanda ABŞ-ni təmsil etmək imkanına görə minnətdarlığını bildirib.

Məlumatda qeyd olunur ki, səfirin rəhbərliyi altında ABŞ və Qazaxıstan arasında əlaqələr inkişaf edib, ticarət və investisiyalar sahəsində əhəmiyyətli irəliləyişlər əldə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti