Məktəblərdə dini təhsilə ehtiyac varmı? - Açıqlama

   Məktəblərdə dini təhsilə ehtiyac varmı? -    Açıqlama
  04 Noyabr 2024    Oxunub:188
Milli Məclisin plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib ki, dini təhsilə daha çox vəsait ayrılmalıdır. Onun sözlərinı görə, dini arenada kənar təsirlərin Azərbaycana mənfi təsirləri daha qabarıq şəkildə özünü göstərməkdədir.
Maraqlıdır, görəsən məktəblərdə, universitetlərdə dini təhsilə ehtiyacı varmı?

Mövzu ilə AzVision.az -a təhsil eksperti Elçin Əfəndi bildirib ki, Hər zaman dini dərslərin məktəblərdə tədris məsələsi doğru deyil.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır:

Ramin Məmmədov: Dini təhsil tamamilə yeni istiqamətdir
"Dini dərslərlə bağlı müvafiq olaraq məscidlərdə tədris həyata keçirilə bilər. Həmçinin İlahiyyat institutu da fəaliyyət göstərir. Düşünürəm ki, bunlar kifayət edər. Amma təhsil müəssisələrində konkret dini dərslərin keçirilməsi və yaxud da ayrıca bir fənn kimi tədris olunması mənə görə doğru yanaşma deyil. Aşağı sinifdən məktəblilərə dinlərlərlə bağlı məlumatlar verilir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   dinitəhsil   məktəb   universitet  





Xəbər lenti