“Facebook”da danışmaq günahdır

“Facebook”da danışmaq günahdır
  18 İyul 2014    Oxunub:1176
Türkiyənin “Atv” kanalında yayımlanan İftar proqramında din xadiminə maraqlı açıqlama verib.
Türkiyənin tanınmış ilahiyyatçısı professor Nihat Hatipoğlu geniş auditoriya qaşısında aparıcılıq etdiyi Ramazan proqramında insanlar üçün böyük günahların nələr olduğunu sayıb.

Cinayət, zina, qiybət, yalançı şahidlik, yalan yerə and içmək, valideynə zülm, Allah haqqında sui-zənn, qarət, faiz, namuslu qadına böhtan atmaq, yetimin malını yemək və kiminsə borcunu ödəmək üçün geridə mal qoyub getmədən ölməsinin ən böyük günahlar olduğunu bildirib.

Ən maraqlısı isə ilahiyyatçının sosial şəbəkədə danışılanların da günah olduğunu söyləməsi olub. O bildirib ki, əgər sosial şəbəkədə kimin haqqındasa danışırıqsa, bunu da qeybət hesab etmək olar.(Ans)


Teqlər:





Xəbər lenti