Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Dənizkənarı Milli Parkda bir nəfər dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib.
AzVision.az xəbər verir ki, vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.