Belə ki, layihə çərçivəsində Azercell tərəfindən gənclərin peşəkar inkişafına və məşğulluq imkanlarının artırılmasına töhfə verən təlim təşkil edilib. 18-29 yaş qrupu üzrə 40-a yaxın tələbənin cəlb olunduğu təlim çərçivəsində iştirakçılara “Öz karyeranı qur” mövzusunda, əmək bazarındakı mövcud imkanlar və karyera quruculuğu üzrə təlimatlar barədə geniş məlumat verilib.

Layihənin növbəti mərhələsində proqrama cəlb olunmuş namizədlərə peşə hazırlığı, karyera bələdçiliyi, həmçinin onların maraqlarına uyğun olaraq müvafiq texniki sahələr üzrə təlimlərin keçirilməsi, iş yarmarkalarının və görüşlərin keçirilməsi də nəzərdə tutulur.