Bəzi ərazilərə leysan xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır

Bəzi ərazilərə leysan xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır
  22 Oktyabr 2024    Oxunub:546
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 22-si saat 22:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli yağış, dağııq ərazilərdə isə qar yağır.
AzVision.az xəbər verir ki, düşən yağlntının miqdarı Astarada 36 mm, Lənkəranda 18 mm, Yardımlıda 14 mm, Lerikdə 9 mm-dir.

Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Lerikdə 6 sm təşkil edir.

Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.

AzVision.az





Teqlər:





Xəbər lenti