Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTOLAR

      Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib    -    FOTOLAR
  18 Oktyabr 2024    Oxunub:282
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
AzVision.az Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində apardığı müdrik siyasətdən danışıblar. Ümummilli Liderin strateji kursunun hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanın hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşadığı diqqətə çatdırılıb.

Keçirilən tədbirlər zamanı vətənpərvərlik mövzusunda sənədli filmlər və bədii kompozisiyalar təqdim edilib, şəhidlərimizin məzarları və tarixi muzeylər ziyarət olunub.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti