İsrailin Livana hücumu nəticəsində ölənlərin sayı 30-u ötüb

   İsrailin Livana hücumu nəticəsində    ölənlərin sayı 30-u ötüb
  21 Sentyabr 2024    Oxunub:340
İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Bu barədə yerli KİV məlumat yayıb. Saytlar Livanın səhiyyə naziri Firas Abyada istinad ediblər.

TSAXAL Livanda 100-ə yaxın hədəfi vurub - VİDEO
Nazir ölənlər arasında üç uşaq və yeddi qadının olduğunu bildirib.
Hava zərbəsi nəticəsində 68 nəfər xəsarət alıb, onlardan 53-ü artıq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında rəsmi Təl-Əvivin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və "Hizbullah" döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə tez-tez bir-birinin mövqelərini atəşə tuturlar.

Sentyabrın 17 və 18-də isə Livanda çoxsaylı rabitə cihazlarında partlayışlar baş verdi. Məlumata görə, mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar və s. partlayışlara səbəb olub. Partlayışlar nəticəsində 30-a yaxın insan ölüb, bir neçə min isə yaralanıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Livan   İsrail  





Xəbər lenti