Emin Əmrullayev Balakəndə vətəndaşları qəbul edəcək

Emin Əmrullayev Balakəndə vətəndaşları qəbul edəcək
  02 Sentyabr 2024    Oxunub:783
Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 30-da Balakən şəhərində vətəndaşları qəbul edəcək.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Balakən, Şəki, Qax, Zaqatala, Oğuz və Qəbələ sakinləri iştirak edə bilərlər.

Qeyd edilib ki, adları çəkilən şəhər və rayonların sakinləri 15 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

AzVision.az



Teqlər:





Xəbər lenti