Qazaxıstan təhsil sistemini tam rəqəmsallaşdırır

   Qazaxıstan təhsil sistemini tam rəqəmsallaşdırır
  31 Avqust 2024    Oxunub:1600
Qazaxıstan hakimiyyəti SpaceX-in Starlink terminallarından istifadə edərək demək olar ki, 1,8 min məktəbi internetə qoşub.
Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, bu gün 1757 məktəbdə Starlink peyk interneti quraşdırılıb və bunun sayəsində qoşulma sürəti üç dəfə artıb. Bundan başqa 122 məktəbdə internetə qoşulma işləri başa çatdırılır.

Eyni zamanda, bütün dərsliklərin rəqəmsallaşdırılması başa çatdırılıb, 11 platformada elektron versiyalar məktəblilərin ixtiyarına verilib. Bundan əlavə, şagirdin təhsil istiqamətini müəyyən etmək üçün birinci sinif müəllimləri ilk dəfə olaraq milli təhsil bazası vasitəsilə onun bacarıq səviyyəsini göstərən fərdi uşaq inkişaf kartı alacaqlar.

Xüsusilə, bu il Qazaxıstanın 15 universiteti Generativ AI proqramı çərçivəsində 12 min tələbə üçün süni intellekt üzrə Google kursları təqdim edir. Eyni zamanda, Google for Education pilot layihəsində iki ali təhsil müəssisəsi iştirak edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti