Jurnalistlərin övladları da tələbə adı qazandılar

  Jurnalistlərin övladları da tələbə adı qazandılar
  29 Avqust 2024    Oxunub:1496
Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə builki ixtisas seçiminin nəticələrini elan edib. Ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Övladının tələbə adı qazanmasına sevinənlər arasında jurnalistlər də var.

Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyevin qızı Fatimə Əliyeva Bakı Dövlət Universitetinin regionşünaslıq ixtisasına qəbul olunub.


Jurnalist Elman Cəfərlinin qızı Ayan Cəfərli Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olub.


“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı və jurnalist Xəyalə Muradlı cütlüyünün oğlu Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul olunub. Elməddin Muradlının özü də yenidən tələbə adını qazanıb. Belə ki, o, ikinci ali təhsil üçün imtahan verib və sınaqdan uğurla keçərək Azərbaycan Texniki Universitetinin logistika və nəqliyyat texnologiyaları ixtisasına qəbul olunub.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV-nin əməkdaşı Rumiyyə Miraslanın oğlu da tələbə adı qazananlar sırasındadır. Onun övladı Muhamməd Azərbaycan Universiteti Biznesin idarə edilməsi fakültəsinə qəbul olub.


"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlinin qızı Gültək Məmmədli Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinə qəbul olunub. Gültək dövlət sifarişi ilə əyani oxuyacaq.


Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəliyinin mətbuat katibi Günay Malikqızının qızı Zeynəb Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində təhsil alacaq.


“Yenisabah.az” saytının rəhbəri Elnur Məmmədli ilə APA-nın redaktoru Nigar Məmmədli cütlüyünün qızı Nuray Bakı Dövlət Universitetinun komputer elmləri ixtisasına qəbul olunub.


Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın qızı Ceyran Qarabağ Universitetinin tələbəsi olub.


Saytımızın redaktoru Səbinə Həsənovanın oğlu Məhəmmədəli Həsənli Türkiyənin Orta Doğu Texniki Universtitetində təhsil alacaq.


Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti