Rəşid Məmmədov: "Seçkilər dünya azərbaycanlılarının diqqət mərkəzindədir"

   Rəşid Məmmədov:    "Seçkilər dünya azərbaycanlılarının diqqət mərkəzindədir"
  21 Avqust 2024    Oxunub:837
“Bu il artıq bir dəfə tarixi seçkiyə şahidlik etmişik. Fevral ayında növbədənkənar prezident seçkiləri zamanı ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə də səsvermə keçirildi. Növbəti yaddaqalan hadisə isə sentyabrın 1-də parlament seçkiləri zamanı yaşanacaq”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov deyib.

Diaspor nümayəndəsi xaricdə yaşayan azərbaycanlıların ölkədə gedən ictimai-siyasi prosesləri yaxından izlədiklərini söyləyib: “Prezident seçkilərində olduğu kimi Milli Məclis seçkiləri də dünya azərbaycanlılarının diqqət mərkəzindədir. Keçmiş məcburi köçkünlər uzun illər gözlədikləri tarixi anlara şahidlik edəcəklər. Onlar tarixi özləri yazacaqlar. Qarabağlılar öz doğma evlərində - Xankəndidə, Şuşada, Laçında deputatlarını seçəcəklər. Yeni formalaşacaq parlamentin üzərinə isə böyük məsuliyyət düşəcək. Bir vaxtlar separatçıların dağıtdıqları yurd-yuvamızda seçki əhvalının olmasını izlədikcə fəxr hissi yaşayırıq. Azərbaycanın hər nailiyyətinə sevinir, seçkilərin isə uğurla yekunlaşacağına əminliyimi bildirirəm”.
AzVision.az




Teqlər:





Xəbər lenti