Ölkədə baş verən 36 partlayışda 22 nəfər həlak olub

   Ölkədə baş verən 36 partlayışda 22 nəfər həlak olub
  21 Avqust 2024    Oxunub:976
Bu ilin altı ayı ərzində ölkə ərazisində baş verən 36 partlayış hadisəsi nəticəsində 22 nəfər həlak olub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 36 partlayış hadisəsi baş verib ki, bu da 2023-ci ilin I yarımilliyi ilə müqayisədə 11 hadisə və ya 44% çoxdur. Partlayışlar zamanı 22 nəfər həlak olub, 65 nəfər isə xəsarət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti