İndoneziya "ASAN xidmət"dəki innovasiyaları öyrənməyə davam edir

İndoneziya "ASAN xidmət"dəki innovasiyaları öyrənməyə davam edir
  19 Avqust 2024    Oxunub:1160
​İndoneziya Respublikasının Cakarta Şəhər Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti “ASAN xidmət”, eləcə də dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tətbiq olunan innovativ həllərlə yaxından tanış olub. ​Qonaqları salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.

​Memorandumun icrası çərçivəsində “ASAN xidmət” modeli əsasında İndoneziya Respublikasında, eləcə də paytaxt Cakarta şəhərində Dövlət Xidmətləri Mərkəzlərinin fəaliyyəti vurğulanıb. ​İndoneziya tərəfi öz növbəsində “ASAN xidmət”modelinin orada uğurla tətbiqini diqqətə çatdırıb. Qeyd edilib ki, “ASAN xidmət”də tətbiq olunan yeniliklərin bundan sonra da onlarla paylaşılmasından məmnun olacaqlar.

​Səfər zamanı dövlət xidmətlərinin dizaynı sahəsində görülən işlərə və “ASAN xidmət”də tətbiq olunan rəqəmsal həllərə dair geniş təqdimat edilib. ​Qonaqlar 7 saylı Bakı və Şamaxı “ASAN xidmət” mərkəzlərinin, Səyyar ASAN xidmətin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti