Xaricdə təhsillə bağlı proqramın müddəti uzadılıb

   Xaricdə təhsillə bağlı proqramın müddəti uzadılıb
  12 Avqust 2024    Oxunub:1374
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsaəsn Dövlət Proqramı 2028-ci ilə qədər uzadılıb.

Birinci cümlədə “400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000” sözləri “500” rəqəmləri ilə, “və magistratura” sözləri “, magistratura və doktorantura” sözləri ilə əvəz edilib.

AzVision.az


Teqlər: Təhsil   Xaric   Dövlət-Proqramı  





Xəbər lenti