"Əsas məsələ müharibənin mümkünlüyü deyil, vaxtı və şəraitidir. İsrail siyasi və hərbi cəhətdən hazır vəziyyətə gəldikdə bu baş verəcək. "Hizbullah"la müharibə İsrailin təhlükəsizliyi naminə həm zəruri, həm də qaçılmazdır", - o vurğulayıb.
Nazir belə bir müharibədə ABŞ-nin İsrailin mövqeyinə necə təsir göstərib-göstərməyəcəyi haqqında da öz fikrini diqqətə çatdırıb.
ABŞ və İsrailin qərargah rəisləri görüşüblər |
"ABŞ İsrailin ən yaxşı dostudur, ancaq hər məqamda ortaq məxrəci gələ bilməzlər. İsrail öz təhlükəsizliyi üçün gec-tez hərəkətə keçməlidir", - Yoav Kiş deyib.
Firudin Həmidli
AzVision.az