Meksika Prezidenti: "Putinin həbsinə cavabdeh deyilik"

      Meksika Prezidenti:    "Putinin həbsinə cavabdeh deyilik"
  09 Avqust 2024    Oxunub:822
Meksika Prezidenti Andres Obrador mətbuat konfransında Rusiya lideri Vladimir Putinin bu ölkəyə oktyabrda mümkün səfərinə toxunub.
AzVision.az xəbər verir ki, o bu barədə Ukrayna səfirliyinin sorğusuna cavabında danışıb.

Səfirlik nümayəndələri Obradora Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsi üzrə qərarını xatırladaraq, oktyabrda yeni Meksika Prezidentinin andiçmə mərasiminə qoşulacağı təqdirdə onun həbsi tələbini irəli sürüblər.

"Biz bu addımı ata bilmərik. Bu, məsuliyyət sahəmiz deyil", - Obrador vurğulayıb.

Yeri gəlmişkən, Meksikada iyunun 2-də keçirilən seçkilərdə Klaudia Şeynbaum ilk dəfə qadın prezident seçilib. Oktyabrın 1-də onun andiçmə mərasimi baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Meksika   Rusiya  





Xəbər lenti