Serj Sarqsyanın qardaşı və oğulları prokurorluğa çağırılıb
Eyni zamanda nəzarət qurumu konkret olaraq hansı əmlakın müsadirə edilməsi barədə məlumat vermir.
Qeyd edək ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Aleksandr Sarqsyan və onun oğulları Hayk və Narek təhlükəsizlik qüvvələrinin diqqət mərkəzində olublar. 2021-ci ilin iyununda paytaxt məhkəməsi Narek Sarqsyanı qanunsuz silah saxlamaqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və adam oğurluğunu təşkil etməkdə təqsirli bilib. O, 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Narek Sarqsyan bir müddət xaricdə gizlənib, lakin 2018-ci ilin dekabrında Praqada Franklin Qonzales adına pasportla saxlanılıb və bir ildən sonra Ermənistana ekstradisiya edilib.
Onun kiçik qardaşı Hayk 2007-ci ildə adam öldürməyə cəhddə, qanunsuz silah və sursat saxlamaqda ittiham olunurdu. Lakin sonradan maddənin təsnifatı dəyişdirilib, iddia müddəti bitdiyi üçün cinayət işinə xitam verilib.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: Ermənistan SerjSarqsyan AleksandrSarqsyan