Yaponiyada güclü zəlzələ baş verib, sunami xəbərdarlığı edilib
Bundan əlavə sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Yeraltı təkanlar yerli vaxtla saat 16:42-də Miyadzaki prefekturasının sahillərində, təxminən 29 kilometr dərinlikdə qeydə alınıb.
Səlahiyyətlilər Koçi və Miyadzaki prefekturalarının sahilyanı ərazilərindəki sakinlərə dərhal təxliyyə etməyi əmr edib. Yerli polis rəisinin sözlərinə görə, binalara ciddi ziyan dəyməyib, lakin Miyadzaki limanında suyun səviyyəsi 50 santimetr qalxıb.
Həmidə İbrahimova
AzVision.az