İrəvan ritorikasını “sərtləşdirir”

   İrəvan ritorikasını    “sərtləşdirir”
  08 Avqust 2024    Oxunub:1010
Ermənistan Azərbaycan tərəfinin tələbi ilə öz konstitusiyasına dəyişiklik etmək niyyətində deyil.
Rusiyanın “TASS” agentliyinin məlumatına görə, hakim “Vətəndaş müqaviləsi” partiyasının sədrinin müavini, Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan keçirdiyi brifinqdə belə deyib.

“Ermənistan Respublikası öz konstitusiyasını vətəndaşların qərarı ilə dəyişə bilər. Ermənistan heç bir ölkənin tələbi ilə konstitusiyasını dəyişdirməyəcək, bu Ermənistan Respublikasının daxili işidir”, - Papoyan rəsmi Bakının müvafiq tələbi barədə jurnaslitin sualına cavab verib.

Bununla belə, Papoyan qarşılıqlı prinsip əsasında Ermənistanın Azərbaycanla nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, iki ölkə arasında sülh sazişinin imzalanması müstəvisində rəsmi Bakının haqlı tələbi Ermənistan konstitusiyasının preambulasından Azərbaycana qarşı ərazi iddiasının ehtiva olunduğu müddəaların çıxarılması ilə bağlıdır.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin əvvəlində konstitusiyaya dəyişikliklə bağlı yeni referendum təşəbbüsü ilə çıxış edəcəyini bildirsə də, konkret vaxt barədə heç nə deməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Konstitusiya  





Xəbər lenti