Fransa Ermənistana 75 milyon avro kredit verəcək

“Proqram üç əsas hissədən ibarətdir: dövlət maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsi; dövlət qiymətli kağızlar və pul bazarlarının infrastrukturunun gücləndirilməsi; sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün yeni alətlərin hazırlanması və daha şəffaf idarəetmənin təmin edilməsi”, - Ermənistanın Maliyyə naziri Vage Ohanesyan bildirib.
Ermənistan hökumətinin təmsilçisiinin dediyinə görə, proqram Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilir. Fransadan alınacaq kredit 2024-cü ildə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək, borcun əsas məbləğinin ödənilməsi müddəti isə 20 il təşkil edəcək.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Fransa Ermənistan kredit