Daha bir ölkə vətəndaşlarına İsrailə getməməyi tövsiyə edib
Nazirlik eyni zamanda İsraildə yaşayan vətəndaşlarından Tel-Əviv hakimiyyətinin tövsiyələrinə, həmçinin şəxsi təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Qeyd edək ki, Fələstinin HƏMAS təşkilatın lideri İsmayıl Haniyənin İranda öldürülməsi və rəsmi Tehranın İsraili günahlandırması vəziyyəti daha da ciddiləşdirib. İranın İsrailə qarşı cavab əməliyyatının gözləndiyi bir vaxtda Qərb nümayəndələri regionda genişmiqyaslı və çoxtərəfli müharibə riskindən narahatdırlar.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: