Türkiyə ordusuna qarşı təxribat hazırlayan terrorçu öldürüldü

 Türkiyə ordusuna qarşı təxribat hazırlayan terrorçu öldürüldü
  08 Avqust 2024    Oxunub:749
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqda PKK-ya növbəti zərbəni endirib.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Hakurkdakı bazasında təxribat törətməyi planlaşdıran PKK-lı terrorçu Serdar Sönməz öldürülüb.

MİT PKK-nın rəhbərlərindən birini məhv edib
Onun kod adının "Eziz Qabar" olduğu bildirilib. MİT-in sahə agentlərindən alınan kəşfiyyat məlumatlarına görə, Serdar Sönmez TSK-nın Hakurkdakı əməliyyat bölgəsinə sızmağa cəhd edərək kəşfiyyat və müşahidə fəaliyyəti həyata keçirəcəkmiş.

Terrorçunun 2014-cü ildə terror təşkilatı PKK/KCK-ya qoşulduğu məlum olub.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:   Türkiyə   PKK   terror  





Xəbər lenti