Tehran Vaşinqtonla razılaşıb?

   Tehran Vaşinqtonla razılaşıb?
  08 Avqust 2024    Oxunub:742
İran HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq yaxın günlərdə İsrailə qarşı kütləvi hücum qərarına yenidən baxa bilər.
Amerikalı məmurlara istinad edən “Politico” nəşrinin yazdığına görə, Birləşmiş Ştatlar hələ də Haniyənin öldürülməsinə İrandan hansısa cavab gözləyir. Lakin Tehran ilkin cavab planına yenidən baxdığından, onun tezliklə İsrailə hücum edəcəyinə inanmır.

ABŞ administrasiyasının iki yüksək vəzifəli rəsmisi Vaşinqtonun Tehrana irimiqyaslı zərbənin yalnız gərginliyi artıracağı və tərəflər arasında birbaşa qarşıdurma riski yaradacağı barədə xəbərdarlıq etdiyini bildirib. Onlar, həmçinin Vaşinqtonun İranı Haniyənin ölümünə reaksiyasını yenidən nəzərdən keçirməyə və bunu daha geniş əməliyyatın bir hissəsi hesab etməməyə çağırdığını vurğulayıblar.

Rəsmilərin fikrincə, İran bu çağırışı əvvəlcə rədd etsə də, ABŞ-nin mövqeyi ilə getdikcə daha çox razılaşır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   İran   İsrail  





Xəbər lenti