İsrail ordusu Qəzzada HƏMAS-ın daha bir liderini öldürüb

   İsrail ordusu Qəzzada HƏMAS-ın daha bir liderini öldürüb
  08 Avqust 2024    Oxunub:762
İsrail təhlükəsizlik qüvvələri Qəzza zolağında radikal HƏMAS hərəkatının yüksək rütbəli üzvlərindən birini öldürüb.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
.
HƏMAS-ın yeni rəhbəri müəyyənləşib
"İsrail Müdafiə Qüvvələri (IDF) və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Yəhudeya və Samariyada terror aktları törətmiş HƏMAS liderini Qəzza zolağında məhv edib", - bəyanatda qeyd olunub.

Bildirilib ki, iyulun 24-də Qəzza zolağında İDF və Şin Betin birgə əməliyyatı zamanı HƏMAS lideri Nael Səhlin fəaliyyət göstərdiyi əraziyə zərbə endirilib və bir neçə gün sonra onun aradan qaldırıldığına dair kəşfiyyat məlumatı alınıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   HƏMAS   İsrail   müharibə  





Xəbər lenti