Rusiya vətəndaşları Banqladeşdən təxliyə olunmayacaq

“Evakuasiyaya ehtiyac yoxdur. Banqladeşi tərk etməklə bağlı heç bir müraciət qeydə alınmayıb”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.
Bundan əlavə Rusiya səfirliyi ətrafında vəziyyətin stabil olduğu qeyd olunub.
Xatırladaq ki, avqustun 5-də Banqladeşin paytaxtında iğtişaşlar başlayıb. Baş nazir Şeyx Həsinə istefa verdikdən sonra Hindistana qaçıb və orada Böyük Britaniyadan siyasi sığınacaq istəyib.
Həmidə İbrahimova
AzVision.az