"Fələstin İsraillə yekun statusla bağlı sülh danışıqlarına hazırdır" - Mahmud Abbas

 "Fələstin İsraillə yekun statusla bağlı sülh danışıqlarına hazırdır" -    Mahmud Abbas
  07 Avqust 2024    Oxunub:827
"Fələstin sülh konfransı çərçivəsində İsraillə yekun status danışıqlarına hazırdır".
AzVision.az xəbər verir ki, bu sözləri Rusiya KİV-ə müsahibəsində Fələstin prezidenti Mahmud Abbas deyib.

Fələstin Prezidenti: "Ümidvaram ki, tezliklə sülh də bağlanacaq"
Onun sözlərinə görə, Fələstin altı ərəb dövləti qrupu tərəfindən təsdiqlənən yol xəritəsi hazırlayıb və baxılması üçün ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edib. Bu xəritənin əsasını İsrailin Qəzza zolağında mövcudluğunun dayandırılması təşkil edir.

"Fələstin Milli Administrasiyası Qəzza zolağında öz funksiyalarını yerinə yetirməyə hazırdır", - M.Abbas bildirib.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:   MahmudAbbas   Fələstin   İsrail  





Xəbər lenti