Banqladeş prezidenti ölkə parlamentini buraxıb

Banqladeş prezidenti ölkə parlamentini buraxıb
  06 Avqust 2024    Oxunub:1285
Banqladeş prezidenti Məhəmməd Şahabuddin ölkə parlamentini buraxıb.
AzVision.az xəbər verir ki, bu
Banqladeşli deputat: "Bugünkü hadisələr xalqın qələbəsidir"
barədə “Daily Star” qəzeti prezident aparatının press-relizinə istinadən məlumat yayıb.

Xatırladaq ki , Banqladeşdə ötən aydan bəri başlayan kütləvi iğtişaşlar pik həddə çatıb. Əsasən hökumətin mübahisəli iş kvotası səbəbi ilə meydana gələn aksiyalarda indiyədək 300-ə yaxın şəxs həyatını itirib.

Hökumət Dəkkə və ölkənin digər şəhərlərində yerli vaxtla saat 18.00-dan növbəti xəbərdarlığa qədər komendant saatı tətbiq edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Banqladeş   iğtişaş  





Xəbər lenti